Menu

Looking for something

Nexus


Endir və yoxla

Uzun müddətdir, boş vaxtımı fontlar.info-ya deyil, anamın ingilis dili kitabının 6-cı nəşrini hazırlamaqla keçirirdim. İlk 5 nəşrdə mətn fontu Palatino Linotype istifadə etmişdim. Bu dəfə daha fərqli font istəyirdim. Bu font çox oxunaqlı olmalı, yəni, sürətli ouyucu istədiyi məlumatı ən tez zamanda tapa bilməli idi. Eyni zamanda ola bildiyincə kiçik olmalı idi ki, kitaba bu nəşrdə xeyli məlumat əlavə edilmişdi, amma səhifə sayının dəyişilməməsi istənilirdi.

Bu problemin həlli üçün internetdə xeyli araşdırma edib, məlumat əldə etdim. İki vacib faktı Sizinlə paylaşmaq istəyirəm.

Bir araşdırmada eyni mətn sans-serif font ilə yazılanda insanların 12%-i, serif ilə yazılanda isə 67%-i başa düşür. İkinci araşdırmada 3 fərqli font ilə yazılan mətndə qavrama faizi Garamand ilə 66%, Times ilə 31,5%, Helvetica ilə 12,5% olmuşdur.

Kitab mətnində istifadə olunan ən yaxşı klassik fontlardan Garamond, Caslon, Proforma, Bembo, Minion, Sabon, Palatino sadalamaq olar.

Bu fontlara əlavə olaraq daha modern olan Playfair, Noto, Yoga, Scala və s. kimi fontlarla eyni mətni çap edib tək-tək oxunaqlığı, mətn sıxlığını, italik variantının gözəlliyini yoxladım. Bunu sadəcə öz üzərimdə deyil, müxtəlif kateqoriyalı insanlar üzərində fikirlərini alaraq təcrübədən keçirtdim.

Son olaraq FontFont.com şirkətinin Nexus fontunu seçdim. Scala fontunun yaradıcısı - Martin Majoor etiraf edir ki, Nexus onun şah əsəridir. Bu font 2006-da Creative Review Type Design Awards mükafatı alıb.

Əə hərflərini əlavə etdim, müxtəlif öçülərdə bir neçə dəfə çap edib-düzəldərək Əə hərflərinin dizaynını oxunaqlıq qaydalarına uyğun dəyişdirdim. Nəticədə anlayaraq çox sürətlə oxunulan gözəl azərbaycanca font alındı. Hər bir nəşriyyata bu fontu alıb, kitablarında istifadə etməsini tövsiyə edirəm.

Baxış sayı: 217

Space

       

Netty.az

Netty 2017 Nominant

luget.info

luget.info