Menu
Dek 09

Bu sayt 12 il gecikib desəm haqsız olmaram. Əslində bu başı bəlalı "Ə" hərfi unikallığı olmasa idi, əlavə sayta ehtiyac olmazdı. Bir hərfə görə sayt açıb, fontlardakı "yeri"ni göstərmək 2000-ci illərdə ehtiyac duyulmurdu, hər kəs rus klaviaturası ilə iki-üç fontdan başqa bir şey tanımırdı. Daha doğrusu font çox idi, amma hərlənib-fırlanıb iki fonta gəlib çıxırdı; ya Times, ya da Arial olardı bu fontlar.

fontlar.info ideyası bu yazı-pozudakı şərhlərdən yarandı. Hərə işin bir qulpundan tutanda baxırsan ki, həqiqətən ortaya nəsə çıxır. Buradakı fontların heç də hamısı tam və ideal deyil. Sezdiyiniz səhvlər şərhlər (comment) vasitəsiylə bildirilir, ən düzgünü isə yerindəcə düzəldilib şərhə əlavə (attach) olunmasıdır.

fontlar.info-da hər bir developer vəya dizaynerin ehtiyac və ya zövq məqsədi ilə düzəltdiyi fontlar sərgilənəcək. Moderator təbii ki, sadəcə saytın qurucusu (bir həkim) olmayacaq. facebook.com/fontlar.info-ya hazırladığınız fontları mesaj yazıb göndərə bilərsiniz.

 

milli.net Space

Netty.az

Netty 2017 Nominant

luget.info

luget.info