Dərslər
Əvvəlki dərsdən anlaşıldığı kimi bəzi fontlarda Ə hərfinin orta xəttinin ideal səviyyəsi tam ortada deyil, bir az (yuxarı:aşağı məsafə - 92%) yuxarıda olmalıdır. Amma, fontlarda oxunaqlığı artırmaq üçün bəzi kiçik nüanslara diqqət etmək gərəkir. Bunlardan biri kiçik a, ə hərflərindəki üst sonluq (36-terminal) ilə piyalə (09-bowl) arasındakı məsafədir. Əgər bu məsafə kiçik olarda o zaman kiçik puntolarda bu hərflər ө kimi oxuna bilər. Ona görə bu məsafəni 92% deyil, 96-100% arasında saxlamağı məsləhət görülür. Köməkçi ipucuları şəkildə göstərilib.
Bəzi fontlarda (xüsusən serif fontlarda) "Ə" hərfinin orta xətti heç də tam ortada olmur. Köməkçi ipucuları şəkildə göstərilib.
Əl yazısı - kaliqrafik stildə olduğundan çox mürəkkəb quruluşu var. Məsələn, diqqət etsəniz, Zapfino ilə yazılan bu yazıda sözün ortasındakı hər hansı bir "ə" hərfi ilə, sözün əvvəlindəki "ə" hərflər fərqlənir. Buna "alternates" deyirlər. Və eləcədə "də", "fə", "rə" və s. birləşmələrdəki hərflərin stili fərqlidir. Bu da "ligatures" adlanır. Liqaturalar oxunaqlığı və ahəngi tamamlamaq üçün istifadə olunur. Yuxarıdakı şəkildə "fi" liqaturasına fikir verin. Bu ən çox istifadə olunan liqaturadır. Yəqin indi Sizə aydın oldu ki, fontlar.info saytının ikonunu niyə məhz seçmişəm.
Zapfino, Desire, Lobster, Aphrodite kimi fontlar alternativ hərflərə sahibdir. Alternativlərin necə istifadə edildiyi videoda izah edilmişdi. Bu dəfə bir az da Word və Photoshop kimi standart programlarda bəzi alternativlər və ligaturaların istifadəsini izah edəcəm.
"Görən, burada hansı fontu istifadə etsəm?" deyib axtara-axtara qaldığımız hallar çox olur. Ən problematik olan hal isə fontun düzgün təyinatı ilə istəfadə etməkdir. Məsələn, Comic Sans fontunun o qədər dar istifadə sahəsi olmasına baxmayaraq, "funny" olmasına görə yerli-yersiz hər yerdə istifadə etmək düzgün deyil. Məsələ o həddə çatıb ki, dünyada dizaynerlər tərəfindən ən nifrət edilən fonta çevrilib.
Bu infografik Niderlandlı tələbə Julian Hansen tərəfindən hazırlanıb. Fontlara səhifə-səhifə baxmaqdansa, müəyyən bir proyekt üçün font seçməyin alternativ yolunu təqdim edir. Burada Font Shop tərəfindən 100 Besten Schriften siyahısındakı 50 ən yaxşı font göstərilmişdir.
PS.: Şəkli tam-ölçüdə endirmək üçün, sağ mouse-clickdən istifadə edə bilərsiniz.
Səhifə: 1, Cəmi: 2