Dərslər
1. Yeni səhifəyə çoxlu enter basaraq keçmək.
Mətn səhifənin ortasında qurtarıbsa yeni səhifəyə keçmək üçün çoxlu Enter basmaq lazım deyil. Belə olduqda mətnin əvvəlində bir yerdə bir neçə sətir silinsə yeni səhifə artıq yeni olmayacaq. Məsələn, altdakı şəkildəki kimi başlıq tək başına mətndən ayrı səhifədə olduğu üçün çirkin görünəcək.
Belə olmaması üçün Ctrl+Enter basmaqla yeni səhifə əlavə edə bilərik.
Bir yazıya baxarkən "Hmm.. Görəsən, bu font hansıdır?" deyib öyrənmək istəyirsinizsə, fontu müəyyənləşdirən saytlar var. Bu müəyyənləşdirmə prosesində əsasən 2 yol tətbiq olunur:
Suallar verməklə
Bu yol daha çətin olsa da daha dəqiq yol sayılır. Xüsusən də bir-birinə çox bənzəyən, hətta professional dizaynerlərin də çətinlik çəkdikləri Serif tipli fontların tapılmasında yararlı saytlardır:
http://www.identifont.com/identify.html
http://www.fonts.com/id/by-sight
http://www.bowfinprintworks.com/SerifGuide/serifsearch.php (Sadəcə serif fontlar üçün)
Fontun şəklini upload etməklə
Asan olsa da hərfləri tanıma hər zaman ideal olmaya bilər, xüsusən də, yükləyəcəyiniz şəklin ölçüləri kiçikdirsə:
Serif'ləri - hərf çıxıntıları - olan fontlarla çap olunmuş yazılar adətən gözü yormur. Bu səbəbdən kitablar və qəzetlərdə mətnlərdə çox istifadə olunur. Belə serif fonta ən məşhur misal olaraq Times, Garamond, Georgia fontunu misal göstərmək olar.
Sans-serif - seriflləri olmayan (xatırlarsanız sans fransızcada -sız şəkilçisi idi) - fontlar isə adətən başlıqlarda və monitor ekranlarında mətn yazıları üçün istifadə olunur. Belə sans-serif fontlara ən məşhur misal olaraq Helvetica, Arial, Tahoma fontunu misal göstərmək olar.
Səhifə: 2, Cəmi: 2