
Looking for something
Zapfino

1998-də alman font dizayneri Hermann Zapf özünün 80 illik yubileyi münasibətiylə düzəltdiyi çox məşhur fontdur. Əl yazısı - kaliqrafik stildə olduğundan çox mürəkkəb quruluşu var. Məsələn, diqqət etsəniz, sözün ortasındakı hər hansı bir "ə" hərfi ilə, sözün əvvəlindəki "ə" və eləcədə "də", "fə", "rə" və s. birləşmələrdəki hərflərin stili fərqlidir.
Zapfino da tam bir il əvvəl əlavə etdiyimiz Desire kimi alternativ hərflərə sahibdir. O vaxt da alternativlərin necə istifadə edildiyi videoda izah edilmişdi. Bu dəfə bir az da Word və Photoshop kimi standart programlarda bəzi alternativlər və ligaturaların istifadəsini izah edəcəm.
Word
Mətni seçib Fonts.. dialoq qutusunda Advanced tab bölümündə OpenType Features zövqümüzə uyğun dəyişiklikləri edə bilərik. Fərqi göstərmək üçün aşağıda misal var:
Photoshop
Mətni seçib Character pəncərəsində zövqümüzə uyğun dəyişiklikləri edə bilərik. Fərqi göstərmək üçün aşağıda misal var:
Zapfino fontu ornament əlavələri ilə gəlməkdədir, ətraflı məlumatı bu .pdf faylından tapa bilərsiniz. Photoshopda Ornaments ayrı font kimi deyil, ailə fərdi kimi istifadə edilir: